Hello, and thank you for visiting my website. I am Giulbas, a seasoned freelance translator with over 5 years of rich experience in the field of language and communication. I specialize in providing high-quality translation services for the Azerbaijani, English, and Turkish languages, with a particular expertise in translating.

Dillər ilə bağlı bilinməyən faktlar

 


Yer üzündə nə qədər çox dilin mövcud olduğunu bilməyən qalmayıb, ancaq bəzi dillərin hələ də bilinməyən tərəfləri var... Hal-hazırda 2 min 400 dil təhlükə altındadır və son dövrlərdə 200 dil son nümayəndələrinin ölməsiylə yox olub. Filoloqlar 502 dilin təhlükə altında olduğunu müəyyən ediblər. Bu açıqlamalar dillərin dünya mədəniyyətinə təsiri ilə bağlı müzakirələri də özü ilə gətirdi. Bir çox ekspertlər dilçiliyə marağın artması ilə həmfikirdir. Aşağıda isə dillər haqqında bilinməyən bəzi faktları qeyd etdim.

1. Dünyada təxminən 7000 dil var.

Onlardan 2200-ə yaxını Asiya qitəsində yer alır.

2. Mövcud olan 7000 dildən 2400-ü unudulmaq təhlükəsi ilə üz-üzədir.

YUNESKO-nun məlumatına görə, Rusiyada 15 dil yox olub. Hesabatda abxaz, qərbi və şərqi çərkəz, çeçen, avar, tuvan, çuvaş, belarus, yakut və s. kimi dillər qeyd olunub. 
Bu dillərin əksəriyyəti Şərqi Sibirdə, Şimali Amerikanın Şimal-Qərb Yaylasında və Avstraliyanın şimalında yerləşir.

3. Dünya əhalisinin 12,44%-i mandarin Çin dilindən ana dili kimi istifadə edir.

Çin əlifbasında 50000 simvol mövcuddur və qəzet oxumaq üçün 2000 simvol bilmək kifayətdir.

4. Dillərin 96%-ni dünya əhalisinin yalnız 4%-i danışır.

İnsanların 1/4-i istənilən səviyyədə olsa da ingilis dilində danışa bilir.

5. Lüksemburqda təhsil sisteminin yarısı dillərə əsaslanır.

Təhsil vaxtının 50%-i ingilis, alman və ya fransız dilinin tədrisinə sərf olunur.

6. Fransız dilli insanların 'o' hərfini tələffüz etmələrinin 13 fərqli yolu var.

7. 231 dil tamamilə unikal bir quruluşa malikdir.

Bundan əlavə, hər 14 gündə bir dil ölür.

8. Üzüklərin Rəbbi filmində 12 xəyali dil var.

J.R.R. Tolkien həm də filoloq idi.

9. ABŞ-ın rəsmi dili yoxdur.

Ancaq parlament və rəsmi yazışmalarda ingilis dilindən istifadə olunur, ispan dili isə ikinci ən çox danışıq dilidir.

10. Müqəddəs Kitab 2454 dildə yazılmışdır.

Həmçinin, Papa 9 dildə tvit yazır.

11. Vatikanda latın dilində bankomatlar var.

Bundan əlavə, Vatikanın rəsmi dili ölü dil olan latın dilidir.

Previous Post Next Post