Saitlərin yazılışı
1.
O saitli alınma sözlər a və ya o ilə
deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya,
velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya,
poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
2.
Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium,
bülleten, büro, jüri.
3.
Aşağıdakı sözlər ədəbi
tələffüzdə olduğu kimi iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin,
isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, şəkil, heyif, meyil, əsil, şeir.
4.
Əslində sonu a ilə
bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek,
armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent,
maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Samitlərin
yazılışı
5.
Birinci hecasmdakı
samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır:
anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə.
Kombayn,
kombinat, kömbə, pambıq sözləri
istisnadır.
6.
Əslində sonu qoşa
samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat,
kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
7.
Sonu -iy, -skiy ilə
qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki,
Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.
Qeyd.
Kimyəvi element adları əslinə uyğun olaraq
yazılır: kalium, maqnezium, natrium.
8.
Rus dilində tərkibində
ц olan ümumi isimlər s
ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.
Vitse
sözü istisnadır.
Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında
və axırında ts yazılır:
Setkin,
Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
9.
Rus dilində tərkibində щ olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün
ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş,
Vereşşagin, Quşşin, meşşan.
10.
Əsli h samitli
alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon,
hidrogen, himn, hospital, hotel.
11.
Əsli c samitli
alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
12.
Əsli q samitli
alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya,
dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.
Sözün müxtəlif yerlərinäəki
qoşa sait və
samitlərin yazılışı
13.
Qoşa saitlə deyilən
sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
14.
Təkhecalı sözlərin
sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr,
fənn, xətt, haqq, hiss.
Bu
sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən
biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
15.
İki sait arasında
gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal,
kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri
və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten,
ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.
Şəkilçilərin yazılışı
16.
Sözdüzəldici
şəkilçilər aşağıdakı kimi yazılır:
1.
Bir cür
yazılan şəkilçilər:
1)
-i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi,
şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
2)
-vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
2.
İki cür
yazılan şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili
samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən,
sürüşkən, burulğan, deyingən.
3. Dörä cür yazılan şəkilçilər:
1)
-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü,
bugünkü;
2)
sifət və isim düzəldən
-ı, -i, -u, -ü şəkilçisi: badımcanı, darçını, narıncı, ceyranı,
dərbəndi, çərkəzi, novruzu, gümüşü;
3)
fel köklərindən isim
və sifət düzəldən şəkilçilər:
sonu kar samitlə bitənlərdə:
a)
-ki, -qı, -kü, -qu:
bıçqı, seçki, pusqu, sürtkü;
b)
-kin, -qın, -kün,
-qun: bitkin, satqın, ötkün, tutqun;
sonu cingiltili samitlə bitənlərdə:
a)
-gi, -ğı, -gü, -ğu:
vergi, çalğı, bölgü, vurğu;
b)
-gin, -ğın, -gün,
-ğun: əzgin, qırğın, düzgün, yorğun.
4) -ıstan, -istan, -ustan, -üstan şəkilçisi samitlə
bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.
Qeyd. Saitlə
bitənlərdə -stan yazılır.
Rəqəmlə
yazılan miqäar saylarınäa
şəkilçilərin yazılışı
17.
Rəqəmlə yazılan miqdar
saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl
defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nm, 5-i, 17-si.
Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra
sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci,
10-cu, 3-cü.
Mürəkkəb
sözlərin yazılışı
18.
Bir vurğu ilə deyilən
mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə,
qalxanabənzər, qanunvericilik, qurul- tayqabağı, dilucu, günəbaxan, gülərüz,
müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü,
hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu,
Çərkəzqızı, Əliağa.
19.
Tərkibindəki sözlərin
səciyyəsindən asılı olaraq aşağıdakı hallarda defisdən istifadə edilir:
1)
qoşa sözlərdə:
adda-budda, az-maz, qara-qura, kağız-kuğuz, qarma-qarışıq, qonaq-qara,
dedi-qodu, əzik-üzük, sür-sümük, aşıq- aşıq, top-top;
2)
tərkibində qeyri, əks,
külli, eks, vitse, kontr, ober, super sözləri
işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli- ixtiyar,
vitse-admiral, kontr-admiral, ober-leytenant,
super-market;
3)
izafət tərkiblərində:
tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-büluğ, tərcümeyi-hal;
4)
tərkibində mənaca
bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim,
kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez,
ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz,
yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.
Köməkçi
sözlərin yazılışı
20.
İäi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və
saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı,
həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata
idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli
imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş...
1)
birhecalı qoşmalar (-can,
-cən, -äək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən,
küçəyədək, quştək;
2)
ikihecalı qoşmalar (qəäər,
kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə
qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyä. İlə qoşması
samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində
bitişik yazıla bilər.
22.
Mənşəcə mürəkkəb olan
aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki,
həmçinin, hərgah, hərçənd, çünki.
23.
İki sadə bağlayıcıdan
və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və
bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da,
bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona
görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
24.
Ədatlar sözlərdən ayrı
yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
-mi, -mi, -mu, -mü
və -sana, -sənə ədatlan istisnadır.
Onlar aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Kitabdırmı? Oxudumu?
A kos-kosa gəlsənə, torbanı doldursana?
Qeyd. -mi,
-mi, -mu, -mü sual ədatı -da, -də ədatmdan ayrı yazılır: Sən də mi
gedirsən? O yenə də mi danışacaq?
25.
Eyni nidanın
təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh,
uy-uy, ha-ha-ha.
26.
Müxtəlif sözlərdən
əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
Birinci hərfi böyük yazılan sözlər
27.
Xüsusi isimlərin
(yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir
bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani,
Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı
Qaralar...
28.
Bədii əsərlərdə
heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci
hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan...
29.
Tarixi hadisələrin,
dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də
qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük
yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü,
Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi,
Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası...
Belə mürəkkəb adlara fərqləndirici söz əlavə
olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son
Paleolit dövrü.
30.
Ölkələrin, muxtar
respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün
sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar
Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
31.
Yüksək dövlət
vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının
Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar,
habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet,
texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s.
adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi
böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının
Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adma Dilçilik İnstitutu, M.Maqomayev
adma Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adma Bakı Beynəlxalq
Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adma Respublika Klinik
Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi...
32.
Orden, medal, bədii
əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat,
kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük
hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul”
povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti,
“Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları...
Qeyä. Dırnaqda
yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq
qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəT’in ilk tamaşası...
33.
Mirzə, hacı, şeyx,
seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və
titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə
kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah
İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan,
Heyran xanım...
34.
İxtisarlar üç cür
yazılır:
a)
tam ixtisarlar aid
olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik
hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər
Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild)...
b)
yarımçıq ixtisarlar
aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların
tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof, (professor),
Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Teleqraf Agentliyi)...
c)
sözün orta hissəsinin
düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)...
35.
İxtisarlara əlavə
edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə,
MDB-nin...
Sözün sətirdən-sətrə keçirilməsi
36.
Sözlər yeni sətrə
hecalarla keçirilir: və-tən, mək-təb-li-lər...
Bir saitdən ibarət hecalar
istisnadır: ai-lə-li...