Hello, and thank you for visiting my website. I am Giulbas, a seasoned freelance translator with over 5 years of rich experience in the field of language and communication. I specialize in providing high-quality translation services for the Azerbaijani, English, and Turkish languages, with a particular expertise in translating.

Bədii tərcümədə problemlər






Tərcümə edərkən həm dili, həm də mədəniyyəti dərindən başa düşmək lazımdır. Tərcüməçilər dilin qaydaları ilə yanaşı, həmin dildən istifadə edən insanların vərdişlərini də bilməlidirlər. Hətta ən təcrübəli tərcüməçilər də çaşqınlıq və məyusluq yaşaya bilərlər. Tərcümə çətinliklərindən bəziləri bunlardır:

Dilin strukturunun tərcüməsi
Hər bir dilin öz qəbul edilmiş qaydaları çərçivəsində müəyyən edilmiş strukturu vardır. Bu strukturun mürəkkəbliyi və unikallığı tərcümənin çətinliyi ilə birbaşa bağlıdır.
İngilis dilində sadə cümlə müvafiq olaraq mübtəda, xəbər və tamamlıqdan ibarətdir. Ancaq bütün dillər eyni quruluşdan istifadə etmir. Fars dilində sıra adətən mübtəda, sonra tamamlıq və nəhayət xəbər olur. Ərəb dilində şəxs əvəzlikləri xəbərin tərkib hissəsi olur.
Nəticə etibarı ilə tərcüməçilər hədəf dildə effektiv ünsiyyət qurmaq üçün tez-tez mənbə mətni əlavə etməli, silməli və redaktə etməli olurlar.

İdiomların tərcüməsi
İdiomlar bir elementi orijinal nümunələr və ya metaforalar vasitəsilə izah edən ifadələrdir. Ən əsası, bu xüsusi ifadələrin mənası tərkibindəki sözlərin hərfi mənasından təxmin edilə bilməz.
Bir çox dilçilər idiomların tərcümə edilməsinin daha çətin olduğu qənaətindədir. Həqiqətən, idiomlar maşın tərcüməsi mühərriklərinin heç vaxt tamamilə həll edə bilməyəcəyi bir problem olaraq görülür.
Nəşriyyatçılar tərcümə etməyi planlaşdırdıqları məzmunda idiomatik ifadələrin sayını məhdudlaşdırmağa çalışmalıdırlar. Əgər onlar bu potensial çaşqınlıq yaradan ifadələri saxlamaqda təkid edərlərsə, işə götürülən tərcüməçilərin bu mədəniyyətlə tanış olmasına diqqət yetirilməlidir.

Mürəkkəb sözlərin tərcüməsi
Bir və ya bir neçə sözün birləşməsindən əmələ gəlir, lakin mürəkkəb sözün mənası onu təşkil edən sözlərin mənasını əks etdirməyə bilər. Mürəkkəb sözlər üç müxtəlif qrupda araşdırılmalıdır.
Birinci qrupdakı mürəkkəb sözlər onları təşkil edən sözlərlə tam eyni məna daşıyır. “Hava limanı”, “piyada keçidi”, “dəniz kənarı” ən tanış nümunələrdir. İkinci qrupda isə mürəkkəb söz onu təşkil edən sözlərin həqiqi mənasının yalnız yarısını ifadə edir. Məsələn, “kitab qurdları” yaxşı kitaba qərq olmağı xoşlasalar da, bu doyumsuz oxucular oxuyarkən birdən-birə onurğasızlara çevrilmirlər.
Üçüncü qrupdakı mürəkkəb sözlərin mənası onu təşkil edən sözlərin mənası ilə tamamilə əlaqəsizdir. Məsələn, ingiliscə "deadline" sözü bir şeyin qəbulu və ya çatdırılması üçün son tarix deməkdir. Bunun ölümlə və ya xəttlə heç bir əlaqəsi yoxdur. Yaxud itburnu sözünün nə itə, nə də buruna aidiyyatı yoxdur.

Dilə məxsus adların tərcüməsi
Müəyyən bir hərəkətin və ya obyektin dəqiq ekvivalenti bir dildə mövcud ola, digərində olmaya bilər. Məsələn, Amerika ingilis dilində ev sahiblərinin "qonaq otağı" adlandırdığı bir otaq var. Bura dəvət etdikləri qonaqların gecələr yata biləcəyi ərazidir.
Bu anlayışa başqa dillərdə çox rast gəlinsə də, bir çox fərqli şəkildə ifadə olunur. Yunanların sadəcə olaraq “ksnona” adlandırdıqları bu otaq üçün italyanlar üç sözdən ibarət “camera per gliospiti” ifadəsini işlədirlər. Bunu lokallaşdırmanın ilk addımı kimi düşünə bilərik.

Tərcümədə birdən artıq məna
Eyni söz cümlənin harada və necə işlədildiyindən asılı olaraq birdən çox məna verə bilər. Bu, adətən, iki şəkildə baş verir:
Eyni yazılan və tələffüz edilən, lakin fərqli mənaları olan “omonim” sözlər (məsələn, yüz qoyunun dərisini soyduq). Yaxud yazılışı eyni olan, lakin məna və tələffüzü müxtəlif olan “heteronim” sözlər (məsələn, bu çətin sualı hətta dahilər belə həll edə bilməz).

Sarkastik ifadələrin tərcüməsi 
Sarkastik ifadələr kəskin, acı sözlər və ya çox vaxt hərfi mənalarının əksini ifadə edən incidən sözlərdir. Sarkazm başqa dilə hərfi tərcümə edildikdə çox vaxt mənasını itirir və xoşagəlməz anlaşılmazlıqlara səbəb ola bilər.
Nəşriyyatçılar tərcümədən əvvəl mənbə mətndən hər hansı istehzalı iradları çıxarmalıdırlar. Bununla belə, məzmunda sarkastik format tələb olunursa, naşir mətnin sarkastik ifadələri ehtiva edən hissələrini aydın şəkildə vurğulamalıdır. Bu yolla tərcüməçilər anlaşılmazlıqlardan qaça və hədəf dildə daha yaxşı başa düşüləcək mədəni deyim təklif edə bilərlər.




Mənbə:
https://www.translateday.com/translation-problems-and-solutions/
https://culturesconnection.com/6-translation-problems/
https://medtrans.com.au/what-are-the-problems-of-translation-and-its-solution/
Previous Post Next Post